Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Cahangir Hacıyevin bacısı: “Azərbaycana olan inanmımız tamam itəcək” – VİDEO

Cahangir Hacıyevin bacısı: “Azərbaycana olan inanmımız tamam itəcək” – VİDEO

Beynəlxalq Bankın idarə heyyətinin sabiq sədri Cahangir Hacıyevin və onunla birlikdə həbs olunan 7 nəfərin cinayət işi üzr məhkəmə prosesi yekunlaşmaq üzrədir. Prokuror çıxışında Cahangir hacıyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
Sabiq bankir isə öz növbəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq maliyyə naziri Samir Şərifovu ittiham edir. Cahangir Hacıyev heç bir subut olmadığı halda həbs edilməsini və müttəhlimlər kürsüsündə əyləşməsini kimlərinsə sifarişi kimi dəyərləndirir.
Musavat.com xəbər verir ki, C.Hacıyevin bacısı Əminə Hacıyeva qardaşına qarşı irəli sürülən ittihamlara və ona istənilən cəzaya münasibət bildirib.
Oktyabrın 10-da keçirilən məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verən Əminə Hacıyeva qardaşının günahsız olduğunu və məhkəmədən ədalətli qərar gözlədiyini deyib.
 
O, əlavə edib ki, qardaşının günahsız olduğunu hər kəs bilir. Ə.Hacıyeva məhkəmənin ədalətli qərar verməyəcəyi təqdirdə Azərbaycan dövlətinə olan inamlarının itəcəyini bildirib: “Qərar ədalətli olmalıdır. Çünki hamı çox gözəl bilir ki, heç kimdə təqsir yoxdur. Ona görə də heç kim heç bir sənəd təqdim etmədi, heç kim sübut gətirmədi. Mən bilmirəm, əgər məhkəmə ədalətli qərar verməsə, bizim Azərbaycana olan inanmımız tamam itəcək. Çünki bu belə düzgün deyil”.
Ə.Hacıyeva C.Hacıyevin qanunsuz olaraq həbs edildiyini deyərək, qardaşının həbsində əli olan şəxslərə mesaj göndərib: “Heç vaxt demək olmaz ki, qatıq qaradır, heç vaxt. Onsuz da illər keçəcək, biz hamımız yaxşı bilirik ki, həyat çarxıfələkdir. Bu gün burda olan adam sabah gedir o biri yerə. Heç kim mənəm-mənəm deməsin. Bu işdə qara əməllərini yetirən insanlar onlar da Allahdan öz paylarını alacaqlar. Mən buna yüz faiz əminəm. Biz bütün ömrümüzü belə yaşamışıq, uşaqlara nağıl oxuyurduq ki, xeyir həmişə şər üzərində qələbə qazanır. Mən onsuz da əminəm ki, xeyir şər üzərində qələbə qazanacaq. Onsuz həyat ola bilməz. Belə olsa, dünya batardı. Əgər yaxşılıq pisliyə üstünlük gəlməsəydi, onda dünya gərək neçə əsr əvvəl batardı”.
Qeyd edək ki, “Beynəlxalq bank işi”nə görə Əminə Hacıyevanın da ölkədən çıxışına STOP qoyulub. Bugünkü məhkəmə prosesində son söz deyən Cahangir Hacıyev bu məsələyə də toxunaraq bacısının bankla heç bir əlaqəsinin olmadığını və onun ölkədən çıxışına qoyulan qadağanın qanunsuz olduğunu söyləyib.
Cahangir Hacıyevin bacısı: “Azərbaycana olan inanmımız tamam itəcək”
744 D

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın