Ana səhifə / Şou Biznes / Cahangir Hacıyevin azadlığa çıxmaq üçün “xəstəlik planı” nəticə verəcəkmi…

Cahangir Hacıyevin azadlığa çıxmaq üçün “xəstəlik planı” nəticə verəcəkmi…

“Beynəlxalq Bank işi” üzrə həbs olunan sabiq bankir Cahangir Hacıyevin səhhətində problem yarandığı bildirilir. Belə ki, Cahangir Hacıyev və onunla birlikdə həbs edilən şəxslərin barələrindəki hökmdən verdikləri apelyasiya şikayəti üzrə keçirilən məhkəmədə sabiq bankir bildirib ki, səhhəti prosesdə iştirak etməyə, danışmağa imkan vermir. Vəkili bu səbəbdən məhkəmədən prosesin təxirə salınmasını istəsə də, buna nail ola bilməyiblər.
Ekspertlər bildirirlər ki, belə bir anda Cahangir Hacıyevin anidən xəstə olduğunun qabardılmasının arxasında başqa məqamlar da ola bilər. Ehtimal olunur ki, Hacıyev bu üsulla cəzasını yüngülləşdirməyə çalışır.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, burada bir çox səbəblər ola bilər: “Əgər Cahangir Hacıyev xəstədirsə və həbsxanada saxlanıla bilmirsə, bu, başqa məsələdir. Ancaq indiki halda onun bu səbəbdən azadlığa buraxılması mümkün deyil. Biz bilirik ki, həbsxanalarda tibbi baxımdan şərait mövcuddur və orada xəstələrin də saxlanması mümkündür. İndi biz bilmirik, bəlkə, doğrudan da xəstələnib. Ancaq bu da aydın məsələdir ki, bir çox hallarda müttəhimlər xəstəlik arqumentindən cinayət prosesində vaxt udmaq üçün istifadə edirlər. Lakin əvvəl-axır qərar onun əleyhinə olacaqsa, bu, heç nəyi dəyişmir. Ola bilər ki, hazırda Hacıyev hansısa danışıqlar aparır və kimsə ona vədlər verir. Yaxud da əlində sübutları, faktları var və kimlərisə qorxudur. Buna görə də apelyasiya məhkəməsinin hökmünün çıxarılmasını uzadır. Bu hallar əlbəttə ki, ola bilər. Lakin indi konkret fikir söyləmək çətindir. Burada azadlığa çıxmaq əsas şərt deyil. Mümkündür ki, bu üsulla ona verilən işin azaldılması ətrafında nə isə bir al-ver aparır. Bir çox şeylər baş verə bilər ki, biz ondan xəbərsiz olarıq. Bütün bunlara baxmayaraq əminəm ki, nə olsa da Cahangir Hacıyev haqqında ittiham hökmü öz qüvvəsində qalacaq”.

 

Ekspert bildirib ki, Cahangir Hacıyevdən də başqa günahkar şəxslər, məsuliyyətə cəlb oluna bilərlər: “Söhbət milyardlarla vəsaitdən gedir. Bu qədər vəsaiti isə Cahangir Hacıyev təkbaşına oğurlaya bilməzdi. Heç beş, on, iyirmi nəfərlə də Cahangir Hacıyev bu boyda işi görə bilməzdi. Bu işlərdə ona yüzlərlə insan kömək etməli idi. Həmin insanlar həm bank daxilində, həm də bankdan kənarda olublar. Yəni bir daha deyirəm ki, bu, tək adamın görə biləcəyi iş deyil. Buna görə də hesab edirəm ki, bizim hüquq-mühafizə orqanları bu işi davam etdirməlidirlər. Beynəlxalq Bankın əksər vəzifəli işçiləri nəyinki iş yerlərində qalıblar, hətta bəzilərinin vəzifələri də artırılıb. Halbuki, onların iştirakı olmadan Hacıyev bu qədər işi görə bilməzdi axı. Ona görə də hesab edirəm ki, digər şəxslərin də məsuliyyətə cəlb edilməsi ehtimalı hər zaman var. Hələ də onların istintaqa cəlb edilməsi gec deyil”.

Həmçinin oxuyun

Röyanı təqdir edənlər də var, tənqid edənlər də

Əməkdar artist Röya Ayxanın şəxsi İnstaqram səhifəsində paylaşdığı foto qalmaqal yaradıb. Röya üzərində “Love is …

Bir cavab yazın