Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Cahangir Əsgərovun “qiymət oyunu” – AZAL kimi aldadır?

Cahangir Əsgərovun “qiymət oyunu” – AZAL kimi aldadır?

AZAL-ın son qiymət endirimi kampaniyası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri hesablamalar apararaq, qeyd edirlər ki, AZAL-ın endirimli qiymətləri əslində, normal qiymətlərdən daha baha başa gəlir.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli də musavat.com-a açıqlamasında təsdiqləyib:

“AZAL rəsmi açıqlama yaydı və bir çox saytlar da belə təqdim etdilər ki, AZAL qiymətləri ucuzlaşdırıb. Söhbət “low-kost” biletlərdən gedir ki, 99 avroya olan bilet 89 avroya salınmışdı. Amma heç kim nəzərə almırdı ki, birinci devalvasiyadan sonra 99 avroya olan biletin qiyməti cəmi 114 manat edirdi.

İndi ikinci devalvasiyadan sonra artıq 140 manata yaxın oldu. Bu isə əmək haqqını manatla alan Azərbaycan vətəndaşları üçün qiymətin artması deməkdir. Vətəndaşlar ölkədə manatla olan vəsaitləri çevirərək, alış-veriş etmək məcburiyyətində deyillər. AZAL da yerli şirkətdir, dövlətin inhisarçı şirkətidir. AZAL öncə qiymətlərini avro ilə hesablamasına aydınlıq gətirməlidir”.

İqtisadçı vurğulayıb ki, bu qiymətlər, əslində, vətəndaşlar üçün heç də ucuz deyil:

“AZAL avro ilə olan qiymətləri 10 avro endirsə də, manatla qiymətlər qalxıb. 89 avro bir istiqamətli qiymətdir. Əgər gedişi və dönüşü bir yerdə hesablasaq, bu, 178 avroya bərabər olur. Baqaja görə əlavə 50 manat ödənişi də nəzərə almalıyıq. Çünki “low-kost” bileti alanlar baqaja görə əlavə vəsait ödəməli olurlar. Bunu da nəzərə alsaq və həmin biletlərə yeməyin daxil olmadığını da hesablasaq, normal biletlərlə “low-kost” biletləri arasında elə bir fərq olmur. Bu, anormal bir haldır. Dünyada “low-kost” təcrübəsinə nəzər salsaq, bu, ucuz biletlərin hesabına vətəndaşları səyahətə cəlb etməkdir. Ancaq AZAL-ın siyasətində “low-kost” məntiqi itir”.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə musavat.com-a açıqlamasında endirimlərin yaxın zamanlarda da davam edəcəyini, eləcə də ümumi qiymətlərə yenidən baxılacağını bildirib:

“Mən əvvəl də bildirmişdim ki, bizdə, eləcə də bir çox ölkələrdə Beynəlxalq Aviasiya Təhlükəsizliyi Dəyərləndirməsi (IASA) adlı qurumun tələblərinə uyğun olaraq, biletlərin qiyməti avro ilə hesablanır. Biz bu yaxınlarda elan etmişik ki, qiymətlərə yenidən baxacağıq və yeni qiymətləri müəyyən edəcəyik. Bəzi uçuşların 89 avroya endirilməsi bizim sonuncu endirimimiz deyil, bundan sonra da belə kampaniyalarımız olacaq.

Sosial şəbəkələrdə deyilənlər isə doğru deyil. Yazırlar ki, baqaj xidmətini və yeməyi də üstünə gələndə əvvəlki qiymətdən çox edir. Lakin bu, belə deyil. Əgər tək adamı hesablasaq, fərq bir qədər az alınır. Ancaq bir ailə gedirsə, bir neçə nəfər bir baqaj üçün ödəniş edir, bu zaman daha sərfəli olur. İnsanlar var ki, baqaj xidmətindən istifadə etmirlər, yemək istəmirlər. Bu, insanın seçimindən asılıdır. Ən vacibi odur ki, bu fərq “ekonomklas”ın 30 faizinə aiddir. Qalan 70 faizin qiyməti ilə müqayisə etsəniz, özünüz fərqi görəcəksiniz”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın