Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Cahangir Əsgərovu ağır günlər gözləyir…

Cahangir Əsgərovu ağır günlər gözləyir…

AZAL rəhbəri Cahangir Əsgərovun hava məkanındakı inhisarına tədricən son qoyulur.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, artıq Macarıstanın “Wizzair” və Türkiyənin “Pegasus” şirkətlərinə Azərbaycanın qapılarının, daha doğrusu, hava məkanının açılması elə bunun ilk işartılarıdır.

“Wizzair” şirkətinin baş direktoru Yojef Varadi bu gün Bakıda keçirdiyi brifinqdə deyib ki, “AZALjet” “Wizzair” kimi il ərzində qiymətləri stabil saxlaya bilməyəcək:

“Ola bilsin ki, onlar da mövsümi kampaniyalar keçirsin. Amma il ərzində eyni qiymətlə uçuşlar təşkil edə bilməyəcəklər. Bizim hər bir sərnişinə çəkdiyimiz xərclər AZAL-ın çəkdiyi xərclərin dörddə biri qədərdir”.

Ekspertin fikrincə, sanki “Wizzair” şirkətinin baş direktoru bununla Cahangir Əsgərova mesaj göndərir ki, Sən vaxtilə rəqabətdən qorxaraq bizi bazardan çıxardın, ancaq yenidən bizi bu bazara Azərbaycan prezidenti özü dəvət etdi, indi bacarırsansa bizimlə rəqabət apar. “Cahangir Əsgərovu ağır günlər gözləyir. Bunlar inhisara öyrəşiblər, qiyməti artırıb, vətəndaşları ancaq onlardan bilet almağa məcbur edirdilər. Bu “iqtisadi siyasət” üçün böyük ağıl sahibi olmaq lazım deyil”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın