Azərbaycanda da böyük şöhrət qazanan türkiyəli aktyor Çağatay Ulusoy Bakıdadır.
Publika.az xəbər verir ki, o, bu axşam keçiriləcək “Delibal” filminin qala gecəsinə qatılmaq üçün gəlib. Təqdimat mərasimində onun tərəf-müqabili Leyla Lydiya da iştirak edəcək.
Leyla Lydiya Bakıya gələr-gəlməz şəhərin görməli yerlərini ziyarət edib. Çağatay Ulusoy isə hava limanından birbaşa qaldığı mehmanxanaya yollanaraq şəhərimizdə gəzməkdən imtina edib.