Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Cabbar Musayevlə Dəniz Əsədovanın məhkəmə çəkişməsi

Cabbar Musayevlə Dəniz Əsədovanın məhkəmə çəkişməsi

Bəstəkar-müğənni Cabbar Musayevin həmkarı Dəniz Əsədova ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın əldə etdiyi məlumata görə, C.Musayevin xüsusi ittiham qaydasında şikayət etdiyi qadın müğənni Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Hazırda şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılır. Bu gün baxış iclası keçirilib və tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses oktyabrın 7-nə təyin edilib.

Qeyd: C.Musayev D.Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

Məhkəmədə isə məlum olub ki, D.Əsədova C.Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində C.Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, D.Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.

Xatırlatma: D.Əsədova eyni ittihamla C.Musayevi məhkəməyə verib. Binəqədi Rayon Məhkəmə müraciət edən qadın müğənni həmkarının cəzalandırılmasını istəyir. Məhkəmənin hazırlıq iclası oktyabrın 18-də təyin edilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …