Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Cəlilabadda bacısının əri ilə qaçan qız Bakıdadır – AÇIQLAMA

Cəlilabadda bacısının əri ilə qaçan qız Bakıdadır – AÇIQLAMA

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir. Bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, 15 yaşlı A.Nağıyevanın öz doğma bacısının həyat yoldaşı ilə qoşulub qaçdığı müəyyən edilib: “Məlumatı oğlanın anası verib. Məlum olub ki, oğlan öz baldızı ilə Bakıya qaçıb”.

Polis şöbəsindən bildiriblər ki, artıq A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

Məlumata görə, A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və Buta qəsəbəsində kirayədə yaşayır. O, ayda bir dəfə Cəlilabada ailəsinin yanına gəlirmiş. Sentyabrın 22-də hər iki şəxs qəfil yoxa çıxıb.

Hazırda Cəlilabad rayon Polis şöbəsinin əməliyyat-axtarış qrupu axtarışı davam etdirir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın