Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Cəbhədə ölən əsgər: Sevdiyim qızın toyudur, özümü öldürəcəm…

Cəbhədə ölən əsgər: Sevdiyim qızın toyudur, özümü öldürəcəm…

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.
Moderator.az-ın məlumatına görə, Qafqazinfo saytı baş verən faciə ilə bağlı əsgərin yaxınlarının sosial şəbəkədəki paylaşımlarını toplayıb.
Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:
“Bir qız istəyirdi. Qızın ailəsi kasıb olduğu üçün ondan imtina etmişdi. Mənə yazdı ki, qızı mənə vermədilər. Çox pisəm. Bir aydan sonra yenə yazdı ki, bu gün onun toyudur. Özümü öldürmək istəyirəm. Zəng etdim, inboxda ona xeyli yazdım. Acıqlandım. Dedim, belə etsən, Allah qarşısında günahkar olarsan… Kasıbçılığa söydü və internetdən çıxdı. Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl, mütləq sənə iş tapacam, talış balası…”
Qeyd edək ki, Xanəlinin sosial şəbəkədəki paylaşımlarından onun ağır şərtlər altında yaşadığı və tez-tez kasıbçılıqdan gileyləndiyini diqqət çəkir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın