Çərşənbə , İyun 26 2019
Ana səhifə / Şou Biznes / Cəmiyyəti zənginlərin qudurğan övladlarından necə qorumalı? – sosioloq rəyi

Cəmiyyəti zənginlərin qudurğan övladlarından necə qorumalı? – sosioloq rəyi

Əhməd Qəşəmoğlu: “Ölkədə maddi dəyərlərin get-gedə daha aktiv rol oynamasının qarşısı təcili alınmalıdır”
Geridə qoyduğumuz həftədə daha bir qudurğan zəngin övladının törətdiyi faciənin şahidi olduq. Məlum olduğu kimi, iş adamı kimi tanan Füzuli Fərəcovun 16 yaşlı oğlu idarə etdiyi avtomobillə iki uşaq anası olan 24 yaşlı qadını vuraraq öldürdü.
Həm iş adamının, həm də qatil oğlunun cəzadan yan qaça bildiyi barədə yayılan xəbərlər isə cəmiyyətdə böyük etirazla qarşılandı, sərt təpkilər verildi, mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə olundu. Cəmiyyətdə “zəngin, məmur balalarının sürdüyü bahalı maşınlarla qarşılaşsaz, özünüzü qoruyun, çünki qanınız yerdə qala bilər” deyə fikirlər də səsləndi. Deputatlar da məsələyə biganə qalmadı.
Lakin bu bir faktdır ki, dəfələrlə qudurğan məmur və ya zəng övladları bu cür faciələr və ya cinayətlər törədir, qanunlara tabe olmur, hətta bəzən polis əməkdaşlarına əl qaldırırlar. Ölkə prezidenti də dəfələrlə bu mövzuya toxunmuş, öz çıxışlarında məmurlara, zəngin şəxslərə səslənərək, onlara xəbərdarlıq edib, bildirib ki, zəngin iş adamı olmaq heç kimə, heç kimin övladına, yaxınlarına harınlıq etmək, qanunları saymamaq imtiyazını vermir.
Lakin göründüyü kimi, bu cür faktlar xəbərdarlıqlardan sonra belə səngimir. Bəs cəmiyyəti zənginlərin qudurğan övladlarından necə qorumaq olar?
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışdı: “Bu barədə müxtəlif səbəblər axtarmaqla lazımi nəticəyə gələ bilməyəcəyik. Konkret olaraq elmin tövsiyələri var. Cəmiyyətdə bu cür hadisələr baş verəndə bunun elmi əsaslarını axtarmaq lazımdır. Hər halda cəmiyyətdə ki, bu cür qudurğanlıq davranışları get-gedə artıq, insanlar bir-biriləri ilə maddiyyatla yanaşır, bu da ardınca problemlər yaradır. Birmənalı olaraq kəskin şəkildə bunun qarşısını almağın yollarını axtarmaq lazımdır. Təsəvvür edin ki, sel gəlir, oturub fikirləşirlər ki, bu sel niyə gəlir. Bu da sosial bəla, seldir gəlib. Dərhal qarşısını almağın yolu bundan ibarətdir ki, bununla bağlı elmi əsasların fəaliyyət proqramı hazırlanmalıdr. Orda da nəzərdə tutulmalıdır ki, kompleks işlər necə görülməli, maarifləndirmə işləri necə aparılmalıdır, qanunvericilikdə necə olmalıdır, ziyalılar, mətbuat bu məsələdə nə kömək edə bilər və sairə. Ümumiyyətlə, ölkədə maddi dəyərlərin get-gedə daha aktiv rol oynamasının qarşısı təcili SOS siqnalı şəkildə alınmalıdır. Bunun üçün də ortada ciddi humanitar siyasət olmalıdır. Təəssüf ki, bu məsələ hər dəfə elə danışılır, amma lazımi diqqət verilmir. Çünki elə düşünürlər ki, məsələ öz-özünə həll olunacaq. Bu isə mümkün deyil. Cəmiyyətin özünün qanunauyğunluqları var, bunları idarə etmək lazımdır. Bu sahədə isə hələ ki, bizdə iş yoxdur”.

Image result for Əhməd Qəşəmoğlu
Sosioloq qudurğanlıq nümayiş etdirən zəngin, məmur övladlarının təhsil səviyyəsi məsələsinə də toxundu: “Bu, çox böyük bəladır. Heyf ki, təhsilimiz zəifləyib. Nə qədər desək ki, islahatlar aparılır, konkret ortada olan mənzərə bu cürdür. Dəfələrlə qeyd etmişəm ki, burda günah təkcə Təhsil Nazirliyində deyil. Əgər biz desək ki, nazirlik bu problemi düzəldə bilər, onda özümüzü aldada bilərik. Yenə də söhbət gəlib çıxır humanitar siyasətin üzərinə. Ölkədə humanitar siyasət elə dəyişməlidir ki, insanların təhsilə marağı artsın. Əgər mənəvi dəyərlərə maraq artsa onda avtomatik olaraq təhsilə də maraq artacaq. Hazırda isə maddi dəyərlərə maraq daha çoxdur, özləri bu istiqamətdə nümayiş edirlər. Tez-tez eşidirik ki, zəngin övladları pul verib xaricdə oxuyurlar və elə xaricdə də özlərini qudurğan aparır, bununla yanaşı ölkəmizin də adına, imicinə xələl gətirirlər. Bu tərəfdən əlimizdən gələni edirik, dövlət və müxtəlif qurumlar səviyyəsində ki, ölkəmizin imici yüksəlsin. Amma belə qudurğan insanların ölkədəki və xaricdəki fəaliyyəti bu əziyyətlərin üstünə kölgə salır. Ona görə də bir daha qeyd edirəm ki, məsələni qətiyyətlə, SOS siqnalı ilə qoymaq lazımdır, təcili olaraq ölkədə bu sahədə humanitar siyasət formalaşdırmağa böyük ehtiyac var”.

musavat.com

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın