Ana səhifə / Şou Biznes / Cəmilə: “Qarınlı olmaq mədəniyyətsizliyin əlamətidir”

Cəmilə: “Qarınlı olmaq mədəniyyətsizliyin əlamətidir”

“Oğlum Avstriyada olur, onunla yaşayıram. Arada vətənə gəlirəm, Azərbaycanı gəzməkdən xoşum gəlir. Bu dəfəki gəlişimin səbəbi konsert verməkdir. Gözəl mahnılar hazırlamışam, onları dinləyicilərimə çatdırmaq istəyirəm”.
Bu sözləri müğənni “Elitstar” ləqəbi ilə tanınan müğənni  Cəmilə musavat.com saytına açıqlamasında deyib. O, eyni zamanda gənc müğənnilərin ifalarından da bəhs edib: “Gənc müğənnilər öz üzərlərində işləsinlər. Hamısını dinləməyə vaxtım yoxdur, hərdən izləyirəm. Onlara məsləhətim odur ki, imiclərini yeniləsinlər, gözəl mahnılar ifa etsinlər. Biz lazım olan işləri görmüşük, növbə onlarındır”.
Sənətçi formada qalmağının sirlərini də açıqlayıb:  “İdmanla məşğul oluram. Hər gün 10 km gəzirəm. Mən yalandan idman zallarında  şəkil çəkdirib paylaşmıram. Səhər, günorta normal qidalanıram. Saat 7-dən sonra yemirəm. Acsam, alma yeyərəm.
Azərbaycanlıların problemi ondadır ki, kilo aldıqlarını görürlər, amma ölçü götürmürlər. Kökəlib 100 kilo olanda arıqlamaq haqda düşünürlər. Baxırsan ki, qız uşağıdır, özündən böyük qarnı var. Elə halları sevmirəm. İstər qadın, istər kişi olsun, kök olmamalıdır. Kök insanı sevə bilmirəm. Qarnı olmaq mədəniyyətsizliyin birinci əlamətidir”.
Cəmilə etdirdiyi plastik əməliyyatlardan da bəhs edib: “Yüngül əməliyyat etdirmişəm. Qaşımı  nazik tatu etdirmişəm. Qalın qaş sevmirəm. İndi qızlar qalın, tatu qaş etdirirlər. Heç yaraşmır. Əməliyyat keçirənlərə isə pis baxmıram. Hər bir xanım gözəl görünmək istəyir”.
 




Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın