Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Cəlilabadda müəllimləri Beynəlxalq Bankdan kredit götürməyə məcbur ediblər”

“Cəlilabadda müəllimləri Beynəlxalq Bankdan kredit götürməyə məcbur ediblər”

Cəlilabad rayonu Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğluModerator.az-a məktub göndərərək təhsil naziri Mikayıl Cabbarova müraciət edib.
Məktubu olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov cənablarına
 
Cəlilabad rayon , Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlundan
Cəlilabad rayon təhsilindən saysız hesabsız şikayətlərə baxmayaraq görülən tədbirlər yenə də müəllimlərin zərərinə davam etməkdədir. Cəlilabad rayon təhsilində aparılan maliyyə yoxlaması bütün məktəblərində aparılmasa da məktəblərin hamısına “tas” qoyulub. Yoxlanılmayan məktəblərdən biri Göytəpə şəhər 2 saylı tam orta məktəb olmuşdu ki, şəxsən bu barədə maliyyənin qaynar xəttinə zəng vurub məlumat verdikdən sonra oranın işçisi məni hədələdi. Maliyyə pozuntusuna görə hər məktəbə 5000-30000 qədər cərimə yazılıb. Müəllimləri Beynəlxalq Bankdan pul götürməyə məcbur ediblər. Cəlilabad rayonunun bütün məktəblərində müəllimlərdən açıq şəkildə pul yığırlar. Göytəpə 1 saylı tam orta məktəbdə də direktor və müavinləri açıq şəkildə pul yığmaqdadırlar. Bu məktəbdən olunan şikayətlər müəlimlərin saxta imzası ilə bağlanır və ya müəllimlər izahat yazmağa məcbur edilir. Bu qədər şikayətlərə baxmayaraq Rayon Təhsil Şöbəsinə müdir Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət almış Elminaz Nadirova təyin edildi. Belə görünür ki, bu rayonun təhsili Təhsil Nazirliyinin tabeliyində deyil.
Hörmətlə Yarıyev Ramiz Qədir oğlu
əlaqə 051-467-42-59
ş/v seriya AZE № 08266284″

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın