Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Cəlilabadda “Akkord”un adından istifadə edən şəxslər vətəndaşı aldatdı? – ŞİKAYƏT

Cəlilabadda “Akkord”un adından istifadə edən şəxslər vətəndaşı aldatdı? – ŞİKAYƏT

Bu günlərdə LEGİON.AZ-a müraciət edən Aydın İsgəndərov adlı Cəlilabad sakini bildirib ki, bir neçə ay əvvəl Cəlilabadda “İran bazarı” ətrafında su-kanalizasiya xəttinin tikintisində çalışıb.

“Mənim səhhətimdə problemlərim var, işləmirəm. Mart ayında vəziyyətim pis idi, dedilər ki, bir yer var orda axşam 6-dan səhər 8-dək qalıb motorla qrunt sularını xətt çəkilən yerdən çölə boşaltmaq lazımdır. Günümə 10 manat təklif etdilər. Razılaşıb getdim. Öyrəndiyimə görə, orda işlər “Akkord”un adından görülür. Məni işə götürən Duman adlı şəxs idi, heç bir müqavilə bağlanmadı. Qalmağa yer də yox idi, açıq havada 25 gün sərasər işlədim. Camaat bayram üçün evə gedəndə mən gecələr orda yağışın altında işləyirdim. Ondan sonra səhhətim daha da pisləşdi. Dumandan sonra Seymur adlı şəxs gəldi, həmçinin Tofiq adlı biri də var idi. Pulumdan cəmi 50 manat aldım, 200 manatı neçə aydır ala bilmirəm. Xahiş edirəm, mənə kömək edin, məni “Akkord”un adından istifadə edib istismar edən, haqqımı yeyən şəxslər indi zənglərimə cavab vermir, zəhmət haqqımı isə heç kimdən ala bilmirəm”, – deyə A.İsgəndərov qeyd edib.

Biz adıkeçən şəxslərdən ancaq Tofiqlə əlaqə saxlaya bildik. O isə bildirdi ki, həmin ərazidə işləyəcəkdi, lakin alınmayıb: “Biz bir qrup fəhlələrik. Orda tenderi “Akkord” qazanıb, işi onlar görür. Biz hazırda Xaçmazda başqa layihədə işləyirik. Aydınla isə mən çalışmamışam”.

Daha sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə zəng etdik. Məsələ ilə bağlı operator bizi Sona Həsənova adlı əməkdaşla əlaqələndirdi, o isə bir müddət sonra sayta bildirdi ki, aidiyyatı olan şəxslər hazırda yerində deyil: “Sabah əlaqə saxlayarsınız, çalışacağıq ki, bu məsələni araşdıraq. Ola bilər, hansısa anlaşılmazlıq olub. Dediniz yaşlı adamdır, mütləq onun problemini aydınlaşdırarıq”.

Ümid edirik ki, tezliklə bu problem öz həllini tapacaq, eyni zamanda “Akkord”un adından istifadə edərək vətəndaşları aldadan şəxslər də məsuliyyətə cəlb olunacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın