Cümə , Noyabr 22 2019
Ana səhifə / Şou Biznes / Cəlal Əliyevin anım günü niyə “unuduldu”? – BİGANƏLİK

Cəlal Əliyevin anım günü niyə “unuduldu”? – BİGANƏLİK

İki gün öncə, 31 yanvar tarixində mərhum akademik Cəlal Əliyevin anım günü idi.
1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuş akademik uzun sürən xəstəlikdən sonra ötən il yanvar ayının 31-də dünyasını dəyişib və Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Vəfatının birinci ili münasibətilə ölkədə Cəlal Əliyevin çalışdığı, üzv olduğu qurumlarda, hər hansı anım tədbirinin keçirilməməsi, kütləvi informasiya vasitələrində bu haqda xəbər yayımlanmaması suallar doğurur.
Adətən, bu kimi məqamları fürsət bilib, ondan yararlanmağa çalışan ictimai xadimlər və media qurumları bu dəfə – məhrum akademik Cəlal Əliyevin xatirəsinə biganəlik nümayiş etdirdi. Azərbaycan elmində, ictimai-siyasi həyatında xüsusi xidmətləri olmuş ictimai-siyasi və elm xadiminin anım günü ilə bağlı hətta rəsmi qəzetlərdə və televiziyalarda belə heç bir material yayımlanmadı.
Moderator.az-ın araşdırmasından da belə məlum olub ki, akademikin xatirəsi ilə bağlı heç bir rəsmi tədbir, mərasim də keçirilməyib.
Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü, onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi, həmçinin Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Cəlal Əliyevin xatirəsinin yad edilməməsi təəccüb doğurur.
Image result for cəlal əliyev
Xatırladaq ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü, onlarca elmi monoqrafiyanın, kitabların və elmi məqalələrin müəllifi olub.
1948-ci ild ən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant kimi əmək fəaliyyətinə başlayıb. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-1990-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvü olub.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
Image result for cəlal əliyev

Həmçinin oxuyun

Vüsalənin keçmiş əri üçüncü dəfə evlənir – FOTO

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur. Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, …

Bir cavab yazın