Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı – VİDEO

Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı – VİDEO

“Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq”
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub.
Kənd sakini Alim Hüseynov üçün toy çalınıb. Sakinlər deyiblər ki, bu istiqamətdə atəşkəs tez-tez pozulur. Kənd ərazisinə müxtəlif vaxtlarda mərmilər atılıb, tikililər dağılıb. Buna baxmayaraq, onlar heç nədən qorxmurlar: “Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq” deyə toyun sahibi Firuzə Hüseynova bildirib.
Kənd sakinləri Azərbaycan ordusuna arxalanırlar: “Sakinlər ordumuza güvənib burada yaşayır. Onlar hər zaman kənddəki bu cür məclislərə qatılır” deyə toyun bəyi Alim Hüseynov vurğulayıb.
Kənd sakinlərinin sözlərinə görə, cəbhə xəttində aprel ayınının əvvələrində yaranan gərginlikdən sonra bu, kənddəki üçüncü toydur: “Toy şənlikləri yüksək səviyyədə təşkil olunub. Bu toyda da qədim adətlərimizdən istifadə olunub” deyə kənd icra nümayəndəsi Lətif Həmidov bildirib.
Ağ atın belinə minib ermənilərə ən yaxın məsafədə özünə toy edən Alim Hüseynov kimi Yuxarı Qaradağlı kəndinin digər sakinləri də işğal altındakı torpaqlarımızda toy mağarlarının qurulacağı günü gözləyirlər. (ARB TV)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın