Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Burak Özçivit 300 min dollara zəngin qadınlarla yemək yedi – VİDEO

Burak Özçivit 300 min dollara zəngin qadınlarla yemək yedi – VİDEO

Türkiyənin məşhur aktyoru, qadınların sevimlisi Burak Özçivit Küveytdə axşam yeməyinə dəvət alıb.

NTV-nin məlumatına görə, Küveyt paytaxtında “Four Seasons Hotel”də  ölkənin kraliyyət ailəsinə mənsub olan 80 zəngin qadın bir markanın tanıtımı üçün gecə təşkil edib və Burak bu təqdimat gecəsinin fəxri qonağı olub.

Axşam yeməyindən öncə aktyora son model “McLaren” markalı avtomobil təqdim edilib və o şəhəri gəzib. Axşam yeməyi zamanı isə bütün heyranlarına ayrıca diqqət göstərən Burak onlarla tək-tək şəkil çəkdirib. Bu yeməyin təşkilatçıları Burak Özçivitə zaman ayırdığı üçün 300 min dollar hədiyyə ediblər.

Axşam yeməyinə Burak Özçivitin xanımı Fəxriyyə Evcən qatılmasa da, o, tez- tez ərinə görüntülü zəng edərək, zəngin və gözəl ərəb xanımlarına varlığını hiss etdirib.

Burak Özçivitin növbəti analoji yeməyi fevralın 14-də Qətər Əmirliyində olacaq. O, sevgililər günündə 80 qətərli xanımla şam edəcək.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …