Çərşənbə , Mart 3 2021
Ana səhifə / Şou Biznes / “Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib.

Sosial şəbəkə hesabında canlı yayım açan aktrisa dediyi sözlərin üzərində dayanıb:

 “Demişəm ki, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Mənim bu fikrimdə söyüş, kasıblara təhqir sayılan bir söz varmı? Deyən varsa, sübut etsin, şəxsən mən ona 50 min manat pul verəcəm. Sözümün arxasındayam. Bəli, heç bir qız istəməz ki, ailə qurduğu insan ona kasıb həyat yaşatsın. Mən kasıbçılıq da, pul da görmüşəm. Tək başıma kasıbçılıqdan əziyyətlə bu yerə gəlmişəm, pul qazanmışam. Bəli, mən istəmirəm ki, oğlanlarımıza kasıb damğası vurulsun. Demişəm ki, əziyyət çəksinlər. Sabah hansısa şou-biznes nümayəndəsindən mədəd umub, yardım istəməsinlər. Mən istəyirəm ki, hər kişi özü qazansın, ailəsini dolandırsın. Siz bunu niyə belə bayağılaşdırdınız?”

Pərvin kasıb oğlanla ailə qurmaq istəməməsinin səbəbini belə açıqlayıb:

“Niyə kasıbla ailə qurmaq istəmərəm? Çünki kasıbların ailələrini, evini gəzə-gəzə bu insanların necə yaşadıqlarını görürəm. Onu siz bilməzsiniz. Özümü biləndən əlim kasıbların üzərində və xeyriyyə işində olub. Onların hansı əziyyətdən keçdiklərini görürəm. Getmək istəyərsiniz? Elə evdə, ailədə uşaq böyütmək istəyərsiniz? O uşağın gələcəyi, böyüməsi, sağlamlığı, təhsili, dünyagörüşü var”.

Həmçinin oxuyun

“Şəhidlərin qanı soyumayıb, gedib Qarabağda oxuya bilmərəm“ – Elnur Məmmədov

“Heç kimin xətrinə dəyməsin, hamı öz düşüncəsi ilə addımlayır. Zəngilana, Qubadlıya çağırdılar, getmədim. Dedim ki, …