Ana səhifə / Şou Biznes / “Bunu deyə-deyə qızları, gəlinləri…“ – Brilliant Dadaşova

“Bunu deyə-deyə qızları, gəlinləri…“ – Brilliant Dadaşova

“Harasa şikayət etdikdən sonra zorakılığa məruz qalan qadınlara təzyiqlər daha da artır. Onlar bu şikayətlərin köməyini çox az görürlər və məcbur olub susmağı seçirlər”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Brilliant Dadaşova deyib. Sənətçi son vaxtlar ölkəmizdə tez-tez gündəmdə olan qadınlara qarşı zorakılıq və qətllərə münasibət bildirib:

“Mənim fikrimcə, bu kimi hallar həmişə var idi, sadəcə indi demokratik, azad ölkə olduğumuza görə, saytlarda, sosial şəbəkələrdə bu hallar daha çox ictimailəşdirilir. Qadına qarşı şiddət hər zaman olub, bütün dünyada var. Amma bizdə çatışmayan bir cəhət var ki, xanımlar adətən ailəyə, metalitetə bəzən də qorxduqlarına görə susurlar. Xanımın ailəsində onu incidən varsa, harasa müraciət edib şikayət etdikdən sonra onu daha çox incidirlər, o müdafiəsiz qalır. Öz doğma ailəsi – ata, anası belə onları müdafiə etmirlər. Deyirlər ki, “Getmisənsə, bir təhər dözməli, dil tapmalısan, təqsir səndədir” və s. Bizdə belə bir misal var: Yuvanı dişi quş qurur. Bunu deyə-deyə qızları, gəlinləri susmağa məcbur edirlər. Qayınana, qayınata bir kənara, hətta qızların öz valideynləri belə bunu edirlər”.

Xalq artistinin sözlərinə görə, qətlə yetirilən, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçilməli və onların şikayətlərinə ciddi yanaşılmalıdır:

“Harasa şikayət etdikdən sonra zorakılığa məruz qalan qadınlara təzyiqlər daha da artır, ona görə də onlar məcbur olurlar ki, şikayət etməsinlər. Çünki xanımlar bu şikayətlərin köməyini çox az görürlər. Əgər qadınların ərizə yazdıqları qurumlar məsələyə daha ciddi yanaşsaydılar, əlbəttə nəticə bu qədər qəddar və faciəvi olmazdı. Düşünürəm ki, məsələyə kökündən yanaşıb şikayətlərinə baxılsaydı, onlar bunun nəticəsini görsəydilər, daha çox zorakılığa məruz qalmasaydılar sonu belə olmazdı. Qadınlar şikayətlərin nəticəsini görmürlər, ta faciəyə qədər susurlar, faciədən sonra isə artıq hər şey üçün çox gec olur”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …