Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Bukmeykerlər Samirəni finalda görmür (FOTO)

Bukmeykerlər Samirəni finalda görmür (FOTO)

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək “Euorovision 2020” mahnı müsabiqəsində iştirak edəcək ölkələrlə bağlı bukmeykerlər növbəti dəfə proqnozlarını veriblər.
Axşam.az xəbər verir ki,  bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yayımlanıb.
Bukmeykerlərin səs çoxluğu ilə bu dəfə İslandiya cədvələ başçılıq edir.
2-ci yerdə Litva, 3-cü yerdə isə Rusiya qərarlaşıb.
Onların fikrincə isə Azərbaycanı təmsil edəcək müğənni Samirə Əfəndi müsabiqədə 18-ci yeri tutacaq.
Qeyd edək ki, şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Eurovision-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmi olaraq təsdiqlənib.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …