Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!” – Hüsniyə

“Builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!” – Hüsniyə

“Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim”.

Bu sözləri “Avroviziya-2021”də Azərbaycan şərhçilərindən biri olan aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında yazıb.

“Samirə çox istedadlı ifaçıdı. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!”, – o qeyd edib. 

Məhərrəmova düşünür ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi:

“Ona görə, narazı qalan qohum, əqraba, dost tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşqul olmağı arzu edirəm”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …