Ana səhifə / Şou Biznes / Bugü Leyla Əliyevanın doğum günüdür…

Bugü Leyla Əliyevanın doğum günüdür…

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2000-ci ildə Bakıda 160 saylı tam orta məktəbi bitirib. Həmin il Avropa Biznes Məktəbinə daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-cı ildən 2008-ci ilə qədər Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsində dünya siyasəti üzrə magistr pilləsi üzrə təhsil alıb.

2007-ci ildə 10 may tarixində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci ilin 19 dekabr tarixində Rusiyada Bakı jurnalı təsis etdi. Leyla Əliyeva həmin jurnalında baş redaktorudur. 2008-ci ilin 8 may tarixində Xocalıya ədalət kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin may ayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ilin sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.

2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaqina Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.

2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif olunub.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın