Çərşənbə , İyun 19 2019
Ana səhifə / Şou Biznes / Bu yay kimlər “tutuzdurdu”? – Hər yerdə onları eşitdik

Bu yay kimlər “tutuzdurdu”? – Hər yerdə onları eşitdik

Ötən illərə nisbətən bu yay şou-biznes daha qaynar və işgüzar oldu. Belə ki, sənətçilərin əksəriyyəti maraqlı iş ortaya qoyaraq rəqabətə qoşuldular. Kimisi mahnı, kimisi klip, kimisi isə konsertləri ilə yadda qaldı. Bu sezon dillər əzbəri olan, bir sözlə hitə çevrilən mahnılar da ortaya çıxdı. 

“Qafqazinfo” yayın ən hit mahnılarını təqdim edir:

Natavan Həbibi- “Sevgi bizi yola verdi”

Uzun müddətdir ki, hit mahnılar ifa etməyən Natavan bu ilin aprelində sükutu pozdu. Lakin mahnı yay fəslində partlayışa səbəb olub, TV və radio hit-paradlarında həftələrlə birinci olub.

Bundan əlavə, layihəni “Youtube”də 5 milyondan çox insan izləyib.

Murad Arif və Ramil Nabran “Oppalara”

Müğənni-bəstəkar Murad Ariflə Ramil Nabranın “Oppalar”ı yayda ən çox klublarda, əyləncə mərkəzlərində səsləndirilən, sosial şəbəkələrdə paylaşılan mahnı oldu. Maraqlı klip və iki məşhurun  fərqli obrazı bəstənin hit olmasına kömək etdi, “Youtube”də 8 milyondan çox baxış topladı. Həmçinin, türkiyəli müğənni Ziynet Sali də bəstəni “Hadi oppalara” adı ilə ifa edib klip çəkdirdi.

Əhməd Mustafayev – “Canan”

Sözləri Məşhədi Babaya, musiqisi isə Əhmədə aid mahnı gənclərlə yanaşı, yeniyetmə və uşaqların sevimlisinə çevrildi.  Fərqli tərzdə aranjıman olunan mahnıya çəkilən klip də fərqlidir. Bu mahnını Əhmədin yaradıcılığının zirvəsi hesab etmək olar. Klipi “Youtube”da 10 milyondan çox insan izləyib.

Fərhad Xəlif – “Badamı”

Sosial şəbəkələrdə fenomenə çevrilən mahnı son bir ayda hitə çevrildi və “Youtube”da 7 milyondan çox baxış toplayıb.

Bu məqamda bildirək ki, məşhur mahnının müəllifi elə ifaçının özüdür.

Damla- “Xəncər”

Son zamanlar ifaçının mahnılarının demək olar ki, hamısı tanınır və müxtəlif məkanlarda səsləndirilir.
“Xəncər” isə onlardan fərqli oldu və yayın hitinə çevrildi.

Mahnı aprel ayında işıq üzü görsə də, mayın sonu, iyulun əvvələrindən etibarən diqqət çəkdi və sosial medianın gündəmindən düşmədi. Klipə “Youtube”da 11 milyon baxış olub.

Pərviz Bülbülə və Türkan Vəlizadə – “Divanən Olmuşam”

Cütlük sözügedən mahnını ilk dəfə mayın əvvəlində “Xəzər TV”də təqdim edib.  Elə onların bu dueti televiziyanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib və ifanı 12 milyondan çox insan dinləyib.

Qısa müddətdə mahnı toy məclislərinin, restoranların bəzəyinə çevrilib, uğurlu duet kimi yaddaşlarda qalıb.

Aysel Əlizadə- “Yandırdın qəlbimi”

Gənc müğənni bu mahnı ilə yaradıcılığının zirvəsini yaşayır.  Aysel xalq artisti Rübabə Muradovanın ifası ilə sevilən və bir çox məşhurların repertuarına saldığı “Yandırdın qəlbimi” mahnısını fərqli şəkildə aranjıman etdirib və oxuyub.

Bəstə sənətçinin ifasında mart ayında çıxsa da, iyun ayının əvvəlində fenomenə çevrilib. Ayselin ifası nəinki Azərbaycanda, Türkiyədə də populyarlaşıb.  Mahnı ilk dəfə “Survivor” yarışmasında səsləndirilib və daha sonra sosial şəbəkə gündəmini alt-üst edib.  “Yandırdın qəlbimi” türk səhifələrində, gecə klublarında, xalq konsertlərində səsləndirilib.

A.Əlizadə Üzeyir Mehdizadədən sonra Türkiyədə ən çox sevilən müğənni olub.  “Youtube”da isə mahnını 14 milyona yaxın insan dinləyib.

Bu məqamda bildirək ki, digər şou nümayəndələri də yayda boş qalmayıb.  Belə ki, xalq artisti Aygün Kazımovanın “Hardasan”,  Raufla dueti olan “Yaraşdın mənə”, Röya Ayxanın “Mənə sevgindən bəhs et”, Günay İbrahimlinin “Kaderinle barış” və “Demə” mahnıları populyar olsa da, hitə çevrilməyib. 

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …