Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Bu soyğunçuluğa dur deyən olacaqmı?”- VİDEO

“Bu soyğunçuluğa dur deyən olacaqmı?”- VİDEO

Azinforum.az tanınmış hüquqşunas Aslan İsmayılovun son statusunu oxuculara təqdim edir:
“Azərbaycanda hava yollarının MONOPOLİSTİ olan ‪#‎AZAL‬ vətəndaşlarımıza biletləri 2-3 dəfə baha qiymətlərə satır, ölkəmizə aşağı büdcəli hava yollarını buraxmır, bununla da qiymətləri süni şəkildə qaldırır. Məhz buna görə minlərlə vətəndaşlarımız əziyyət çəkərək xarici ölkələrə qonşu Gürcüstandan uçurlar. 2006-2014-cü illərdə dövlət büdcəsindən, yəni bizim hesabımızdan AZAL-ın 860 milyon AZN borcu ödənilib və gələn il təxminən 500 milyon AZN borcunun da ödəniləcəyi gözlənilir. Əvəzində isə Cahangir Əsgərovun şəxsi biznesi çiçəklənir. C.Əsgərovun ailəsinə məxsus ‪#‎Gazelli‬ Şirkətlər Qrupu qonşu Gürcüstanda, Batumidə lahiyə dəyəri 33.5 milyon ABŞ dolları olan Gazelli Mehmanxanasının tikintisini həyata keçirir. Ölkəmizin bu günki ağır iqtisadi durumunda bu soyğunçuluğa dur deyən olacaqmı?
Qeyd: Rəqəmlər rəsmi saytlardan götürülüb.”

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın