Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bu şirkət rəhbərlərinin ölkədən çıxışı məhdudlaşdırıldı – SİYAHI

Bu şirkət rəhbərlərinin ölkədən çıxışı məhdudlaşdırıldı – SİYAHI

7 noyabr 2016-cı il tarixinə vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı açıqlanıb.

Trend-in məlumatına görə, Vergilər Nazirliyinin yaydığı siyahıda vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri yer alıb. Siyahıda 684 nəfərin adı var.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın