Azinforum.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, məlumata görə, may ayında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması və ya müddətlərinin uzadılması ilə bağlı 3708 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2768 müraciət daxil olub.

Qeyri-qanuni miqrasiya ilə bağlı ölkə ərazisində olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1856 hal qeydə alınıb. Ölkə ərazisində yaşamanın leqallaşdırılması ilə bağlı 220 hal, inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunmailə bağlı 887 hal qeydə alınıb. 458 nəfər isə inzibati cərimə tətbiq olunaraq ölkədən deportasiya edilib. Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, 264 nəfərin ölkə ərazisinə gəlişi məhdudlaşdırılıb. Ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı isə 27 hal qeydə alınıb.