Şənbə , Avqust 17 2019
Ana səhifə / Şou Biznes / “Bu millət sizi bağışlamayacaq” – Aydın Abbasov

“Bu millət sizi bağışlamayacaq” – Aydın Abbasov

Gəncənin sabiq deputatı Aydın Abbasov özünün sosal şəbəkədəki hesabında şəhərin Musiqi Kollecinin direktoru Gülçin Mirzəyevanın rüşvət almasına dair fakta münasibət bildirib.

Azinforum.az Aydın Abbasovun həmin qeydlərini təqdim edir:
Gəncəyə gəlir mənbəyi kimi baxan, vəzifəsindən istifadə edərək maddi və mənəvi zərər vuranlara, sakinlərini incidib, küsdürüb, dövlətimizin qanunlarına və insanlığa qarşı zidd yollarla zənginləşən hər bir məxluq ancaq manqurt adlandırıla bilər.
Bu dövlət sizin bu çirkin əməllərinizi bağışlamayacaq!
Bu millət sizin bu çirkin əməllərinizi bağışlamayacaq!
Gəncə sizin çirkin niyyətlərinizi bağışlamayacaq!
Millət vəkili daha sonra yazır:
AzTV-də bu cür məlumatları seyr etdikcə, Gəncədə baş verən bu özbaşınalığın, biabırçılığın səbəbkarlarına ayıb olsun deyirəm.
Sizə acıyıram! Siz ölkə rəhbərinin, bu milllətin düşmənisiniz!!!

Həmçinin oxuyun

“Kimin belə medalı var?” – Elnarə Xəlilova

Xəbər verdiyimiz kimi dünən müğənni Elnarə Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə general-polkovnik …

Bir cavab yazın