Ana səhifə / Şou Biznes / “Bu kimi şeyləri bacarmadım…”- Məleykə Əsədova

“Bu kimi şeyləri bacarmadım…”- Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədova Azad Azərbaycan Televiziyasında yayımlanan “ATV maqazin onlarla” verilişində qonaq olub.

Məleykə Əsədova şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib:

“Yalanı, saxtakarlığı sevmirəm. Tənha qalım, amma saxtakarların içində olmayım. Allah məni mərdimazardan, xəta-bəladan qorusun. Kiməsə xoş gəlsin deyə yalandan kiminsə üzünə gülmürəm. Bəzən görürəm ki, insan xoş sözlər deyir, elə ki üzünü çevirdin, başqa sözlər danışır. Mən bu kimi şeyləri bacarmadım.

Nə qədər desək də, kişi kimi qadınam, amma hər bir evin kişiyə ehtiyacı var. Evdə kişi işi bu zərif Məleykənin çiynindədir. Allah güc versin, edərəm. Yalançı varlığın evimə girməsinə izn vermərəm.
O sevgi qızıma və Allahımadır. Artıq böyük qızım var, ailə qurmalıdır. Evimə kişi cinsinin girməsini istəmərəm”.

Xalq artisti yaşadığı çətinlikləri qeyd edib: “Valideynlərim ürək tutmasından dünyasını dəyişiblər. Bu problem məndə də var. Mənə deyirlər ki, çox dərin obrazlar oynama.

Çox gözəl ailədə dünyaya gəlmişəm. Atam rəhmətə gedəndən sonra birdən-birə çətinliyə düşdüm. Institutdan çıxıb, rayona toylara getdim. Heç kim bunu bilmirdi. Uşaqlar dərs qurtaranda kinoteatrlara, bulvara gəzməyə gedirdilər. Rayon toylarından ən çox pulu mən alırdım. Bu zərif, incə qız çiyinlərində çox böyük yüklər daşıdı. Ev pulu yığdım. Mənzilim olmasaydı, maşın almazdım. Elə-elə “Baksovet”dən ev aldım, mənzili təmir elətdirdim”. Musavat.com

Həmçinin oxuyun

Nura Suri qabırğalarını çıxartdırdı: – “Gözəl olmaq üçün əziyyət çəkməlisən”

Müğənni Nura Suri estetik əməliyyat etdirib.Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib.“10-da …