Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Şou Biznes / Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, proses saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.

İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir. (APA)

Həmçinin oxuyun

Sonaxanım Əliyeva: “Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir” – FOTO

“”Nə gözəldir bu dünya” filmində nəhəng aktyorlarla tərəf müqabili olmuşam. Həsən Turabov, Rasim Balayev, Yaşar …

Bir cavab yazın