Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bu il universitetlərə qəbul olunan abituriyentlərin siyahısı çap olunub

Bu il universitetlərə qəbul olunan abituriyentlərin siyahısı çap olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən verilən məlumata görə, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub.

Bu nömrədə eyni zamanda, həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınan uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olunan abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın