Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Bu il Azərbaycanda qida zəhərlənmələrindən 746 nəfər zərər çəkib

Bu il Azərbaycanda qida zəhərlənmələrindən 746 nəfər zərər çəkib

Bu ilin 9 ayı ərzində Azərbaycanda 523 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu müddətdə qida zəhərlənmələrindən ümumilikdə 746 nəfər zərər çəkib.
Şöbə müdiri qeyd edib ki, doqquz ayda ölkədə 13 botulizm hadisəsi qeydə alınıb: “Zərərçəkənlərin sayı 19 nəfər olub ki, onlardan ikisi dünyasını dəyişib. İnsan ölümünə səbəb olan zəhərlənmələr evdə hazırlanan tutmalardan baş verib”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın