“Avropa çempionatının açılışında gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən zavallı, şərəfsizə həsr olunur”.
Bu sözləri instaqramda Xalq artisti Brilliant Dadaşova qeyd edib.
Sənətçi İrəvanda bayrağımızın yandırılmasına belə reaksiya verib: “Bu mahnını 1988-ci ildə ifa etmişəm. Çəkiliş 1990-cı ilindir. Bundan əvvəlki çəkilişləri ləğv edib silmişdilər. Bu mahnını oxuduğum üçün AzTV-dən töhmət almışdım. Musiqisi Gülərə, sözləri Dəmir Gədəbəyliyə məxsusdur. Videonun üzərində yazılan sözlər isə mənim şeirimdən bir parçadır”.
Dadaşovanın şeirində isə bu sözlər yazılıb:
“Ay dilsiz-ağızsız bayrağa güc gələn eşşək. Özgə atına minən tez düşər. Bil ki, budur tək gerçək”.
