Ana səhifə / Şou Biznes / Bu gün sərxoş sürücülər evlərinə pulsuz aparılacaq

Bu gün sərxoş sürücülər evlərinə pulsuz aparılacaq

“Məsuliyyətli gənc sürücülər” Assosiasiyasından olan könüllülər Yeni il gecəsi Brüsseldə onların xidmətindən istifadə etmək istəyən sərxoş sürücüləri evlərinə pulsuz aparacaqlar.

Azinforum.az-ın məlumatına görə, könüllü sürücüləri çağırmaq üçün əvvəlcədən elan olunmuş telefon nömrəsini yığmaq kifayət edəcək. Pulsuz xidmətdən istifadə etmək istəyənlərin sayı hər il artığından, assosiasiyaya evə getməzdən bir saat qabaq zəng vurmaq tövsiyə olunur. Müştərilərin gecə yarısından səhər saat 06.00-dək evlərinə çatdırılması üçün 200 avtomobil ayrılıb.

Brüssel polisi öz növbəsində xəbərdarlıq edib ki, Yeni il gecəsi sərxoş sürücülərə güzəşt olunmayacaq. Həmçinin şəhərin hakimiyyət orqanları elan ediblər ki, ictimai nəqliyyat da həmin gün səhər saat 6-dək pulsuz işləyəcək. (azərtac)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın