Ana səhifə / Şou Biznes /  Bu gün oruclular üçün ən çətin gündür

 Bu gün oruclular üçün ən çətin gündür

21 martdan başlayaraq Yerin xəyali oxunun şimal ucu Günəşə tərəf çevrilərək, 90 gündən sonra, yəni 22 iyunda günəş şüaları 23,5 dərəcə şimal eni üzərində zenitdə olur.

Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış başlanır. Şimal yarımkürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Şimal qütb dairəsindən şimal qütbünə qədər bütün sutka günəş görünür.

Anspress-in məlumatına görə, burada qütb gündüzləri başlayır. Bu vaxt cənub qütb dairəsi ilə cənub qütbü arasında günəş bütün sutka görünmür. Burada qütb gecəsi olur. Çünki cənub qütbü günəşin əksinə tərəf çevrilmiş olur. Astroloqların sözlərinə görə, Yer kürəsi öz oxu ətrafında fırlanır və bürclərdən keçə-keçə tam dövrü bir il çəkir.

Bu gün həm də Ramazan ayının 5-ci gününə təsadüf edir. Oruc tutan insanların həmin gün bu ibadətinin vaxtı da uzanır. İlahiyyatçıların dediyinə görə, əgər insan Allahın əmrlərini icra edən zaman bu yolda çətinliklə üzləşirsə, onun ibadətinin savabı da bir o qədər artıq olar. İlahiyyatçı əlavə etdi ki, bu günün uzunluğu insanların dözümlülüyünün yüksək olmağını bir daha sınaqdan keçirir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın