Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Bu gün “Eurovision” başlayır: Müsabiqədə nələr yaşanacaq? – VİDEO, FOTOLAR

Bu gün “Eurovision” başlayır: Müsabiqədə nələr yaşanacaq? – VİDEO, FOTOLAR

Bu gün Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsinə start veriləcək.

Musavat.com xəbər verir ki, “Dare to Dream”dir (“Arzulamağa cürət et”) şüarı ilə başlayacaq müsabiqənin aparıcılığını Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba edəcək. Yarışmanın birinci yarımfinalını ötən ilin qalibi, “Toy” mahnısı ilə İsrailə birincilik qazandıran Netta Barzilay açıq elan edəcək, o qalibiyyət qazandığı mahnını yeni versiyada səsləndirəcək. İlk yarımfinalda 17 ölkə təmsilçisi səhnəyə çıxacaq. Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya Respublikası, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino təmsilçiləri öz şousunu göstərək, final uğrunda mübarizə aparacaq.

Müsabiqə Bakı vaxtı ilə saat 22:00-da İTV-də canlı olaraq yayımlanacaq. Yarışmanı aparıcı Murad Arif şərh edəcək.

Qeyd edək ki, ikinci yarımfinal mayın 16-da keçiriləcək. İkinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan təmsilçisi səhnəyə çıxacaq.

Azərbaycanı Çingiz Mustafayev “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək. O öz şousu ilə Eurovisionun qapanışını edəcək.

Müsabiqənin final gecəsi isə mayın 18-da baş tutacaq. Final mərhələsində Azərbaycanın səslərini xalq artisti Faiq Ağayev səsləndirəcək.

Könül,Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …