Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Bu gün ali məktəblərə qəbul imtahanı keçiriləcək –I və IV ixtisas qrupları üzrə

Bu gün ali məktəblərə qəbul imtahanı keçiriləcək –I və IV ixtisas qrupları üzrə

Bu gün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 191 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2240 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

İmtahanda 27961 abituriyentin iştirakı gözlənilir. Onlardan 23510 abituriyent I qrup üzrə, 4451 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 25500 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 21543, IV qrup üzrə 3957 nəfər), 2461 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1967, IV qrup üzrə 494 nəfər) məzunudur. Abituriyentlərin 16437 nəfəri oğlanlar (I qrup üzrə 15063 nəfər, IV qrup üzrə 1374 nəfər), 11524 nəfəri isə qızlardır (I qrup üzrə 8447 nəfər, IV qrup üzrə 3077 nəfər). 21974 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5309 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 67 nəfər ali təhsil müəssisələrinin, 611 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 153 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2002-ci ildəndir.

Bakı şəhərində 12783, Naxçıvanda 995, Gəncədə 2867, Sumqayıtda 1746, Mingəçevirdə 1192, Şəkidə 1788, Bərdədə 1241, Göyçayda 1255, Şirvanda 1228, Lənkəranda 1679, Xaçmazda isə 1187 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”;

– 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın