Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Bu gün 55 yaşlı abituriyent də imtahan verəcək

Bu gün 55 yaşlı abituriyent də imtahan verəcək

Bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

İmtahanda 30239 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 25612 abituriyent I qrup üzrə, 4627 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 27353 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 23266, IV qrup üzrə 4087 nəfər), 2886 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2346, IV qrup üzrə 540 nəfər) məzunudur. Abituriyentlərin 18092 nəfəri oğlanlar (I qrup üzrə 16621 nəfər, IV qrup üzrə 1471 nəfər), 12147 nəfəri isə qızlardır (I qrup üzrə 8991 nəfər, IV qrup üzrə 3156 nəfər). 23844 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5658 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 66 nəfər ali təhsil müəssisələrinin, 671 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən (55 yaş), ən gənci isə 2002-ci ildəndir (15 yaş).

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın