Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Bu gün 31 mindən çox müəllim imtahan verəcək

Bu gün 31 mindən çox müəllim imtahan verəcək

Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki, iyulun 22-də respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılacaq. İmtahanlar avqustun 3-dək davam edəcək. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək. İmtahan bitdikdən sonra namizədlər topladığı balı öyrənə biləcəklər.

Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31779 nəfərinin elektron ərizəsi təsdiq edilib.

Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın