Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Bu gecə səhərə kimi ağladım” – Xalq artisti

“Bu gecə səhərə kimi ağladım” – Xalq artisti

“Türkiyədə baş verənlərə görə, gecə saat 4-ə kimi yatmamışam. Səhərə qədər həyəcan və göz yaşı içində hadisələri izləyirdim. Ərdoğanın çıxışından sonra özümə gəldim”

Bunu AzVision.az-a Xalq artisti Firəngiz Mütəllimova deyib.

Aktrisa bildirib ki, qardaş ölkədə baş verən olaylar ona pis təsir edib: “Gecə səhərə qədər gözümü yummamışam. Ağlayırdım. Səhərə kimi dua edirdim ki, insanlar ölməsin, hər şey qaydasına düşsün. Türkiyə xalqı meydana gəlməklə qəhrəmanlıq nümayiş etdirdi. Onlar qan tökülməsinə imkan vermədilər”.

Xalq artisti Azərbaycandan sonra Türkiyəni özünə ikinci vətən gördüyünü deyib: “İkinci dəfə həyata Türkiyədə qayıtmışam. İstəmirəm ki, orada bir insanın burnu qanasın. Allaha şükür, hər şey qaydasındadır. Xainlar hər yerdə, hamının içində var. Meydanda polislərlə əsgərlərin qucaqlaşıb, ağlamağını görəndə tüklərim biz-biz oldu”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın