Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bu dərmanlar kişilərdə sonsuzluq yaradır – XƏBƏRDARLIQ

Bu dərmanlar kişilərdə sonsuzluq yaradır – XƏBƏRDARLIQ

Xüsusilə mədə göynəməsi əleyhinə uzun müddət istifadə edilən dərmanlar kişilərdə sperma sayını aşağı salaraq sonsuzluğa səbəb olur.

Unikal.org xəbər verir ki, aparılan araşdırmalar mədə göynəməsinə qarşı qəbul edilən dərmanların gənc kişilərdə sonsuzluq riskini üç qat artırdığını müəyyənləşdirib.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanları çox istifadə edən gənc kişilər uşaq sahibi olmaya bilər.

Lansoprazol (zoprol caps), Omeprazol ( Losec, Prisolec tb) tərkibli dərmanlar mədədə artan turşuluq miqdarını azaldaraq, mədə göynəməsi, qıcqırması kimi əlamətləri yox edir.

Araşdırmalara görə, milyonlarla insana tövsiyə edilən bu dərmanlar gənc kişilərin bir qismində sonsuzluğa səbəb olur. 20-30 yaşlardan etibarən 6 ay və daha uzun müddətə bu dərmanları qəbul edin kişilərdə sperma azlığı ehtimalı üç qat daha çox olur.

Bu dərmanların istifadə müddəti maksimum 4 həftədir

Bəzən insanlar illərlə bu dərmandan istifadə edirlər. Altı aydan daha az müddətdə bu dərmandan istifadə edən kişilərdə sperma sayı mənfi təsir görmür, amma altı aydan çox qəbul edilərsə, sperma keyfiyyəti aşağı düşür. Buna səbəb bu dərmanların bağırsaqlardakı ortamı dəyişdirərək sağlam sperma yaranmasında əhəmiyyəti olan Vitamin B-nin çatışmazlığına yol açmasıdır. Odur ki, çox ehtiyac duyulmayan hallarda bu dərmanlardan istifadə edilməməlidir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın