Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Şou Biznes / Bu cizgi filmləri uşaqları məhv etmək üçün nəzərdə tutulubmuş – Təhlükə

Bu cizgi filmləri uşaqları məhv etmək üçün nəzərdə tutulubmuş – Təhlükə

Əvvəllər, istərsə də hazırda bir çox cizgi filmləri olub ki, onların funksiyası uşaqları əyləndirmək deyil, əksinə, şüuraltı şəkildə hansısa “dəyərləri” aşağılamaq olub. Təbii ki, azyaşlı uşaqlar bu cizgi filmlərinə sevə-sevə baxıblar. Nəinki onlar, hətta böyüklər də həmin cizgi filmlərinin “sakit bombalarını” tuta bilməyiblər.
Uşaq psixologiyasına zərbə vurmaq məqsədilə nümayiş olunan bir neçə cizgi filmini təqdim edirik:
Image result for Red Kit cizgi filmi
“Red Kit”– Bir zamanların ən məşhur cizgi seriallarından olan “Red Kit”-də dəyərlərin əks qütbdən təbliği uzun müddət izləyicilərin diqqətində olmayıb. Amma buradakı qəhrəman Red Kit insanlardan tamamilə uzaq gəzməyi sevən, lazım gələndə onlara pislik etməkdən çəkinməyən, aşırı müstəqilliyə can atan, ailə dəyərlərini heçə saymayan biridir. Mənfi qəhrəmanlar kimi təqdim edilən kovboy qardaşlar isə analarını çox sevir və ona diqqətlərini əsirgəmirlər. Mütəxəssislər bu cizgi filmini hazırda Avropanın yaşadığı ailə dəyərlərinin pozuntusu naminə subliminal mesaj olduğunu düşünürlər.
Image result for Donald Duck cizgi filmi
“Donald Duck”– Xüsusi təhsil sistemi ilə fərqlənən Finlandiya hökuməti bu cizgi filmini qadağan edib. Buna səbəb bütün seriyalarda üst geyimində çox səliqəli, hətta kəpənəyini heç zaman unutmayan milyonçu ördəyin şalvardan istifadə etməməsidir. Kifayət qədər modern yanaşma ilə hər zaman dünyaya nümunə olan Finlandiyanın belə bu addımı atması çox maraqlıdır. Fin mütəxəssislər həyata baxışını yalnız cizgi filmləri və ailələrindən alan kiçikyaşlı uşaqların altşüuruna bu modelin yeridilməsinin əleyhinə olublar.
Image result for Pokemon cizgi filmi
“Pakemon”- ötən əsrin sonunun ən maraqlı cizgi seriyalı olub. Anası balaca Eşə darıxmaması üçün sevimli dovşan alır. Dovşana çox bağlanan Eş onun adını Pikaçu qoyur. Lakin bir gün balaca dovşanı tok vurur və ölür. Eş bu sarsıntı ilə barışa bilmir. Öz beyinində Pikaçunun da yer aldığı xəyali dünya qurur. Bu dünya əslində başdan-başa subliminal mesajlarla doludur. Personajların xarici görünüşləri əslində xüsusi effektdir ki, o da birbaşa şüuraltına yeridilir. Pokemon seriyalının beyinə mənfi təsiri haqqında dünyanın bir çox mütəxəssisləri xəbərdarlıq məqalələri yazıblar.
Image result for Bugs Bunny cizgi filmi
“Bugs Banni”- ABŞ cizfi filmi  “Bugs Bunny” bir dovşanın macəralarından bəhs edir. Fəqət, uşaq psixologiyası ilə məşğul olan mütəxəssislərin fikrincə, az qala hamının simpatiyası olan cizgi filmininin əsas mesajı “əxlaqsızlıq, başqalarını aşağılamaq halları olsa belə, əsas qalibiyyətdir” ideyasıdır. Bu isə dəyərlər kateqoriyasına sığmır. Buradakı dovşan başqalarını aşağılasa da, əxlaqsız hərəkətlərə yer versə də, o uduzmur. Sanki, belə də olmalı imiş. Öpüş, hətta erotik səhnələrin iştirakçısı olan, başqalarını ələ salan dovşan qalibiyyətdən başqa nəyəsə layiq deyil. Bu əslində yeni dünyanın pozulan dəyərlərinin subliminal işarələridir.
Image result for taş devri cizgi filmi
“Daş dövrü” –  ötən əsrin ortalarında çox məşhur olan “Daş dövrü” cizgi filmi əslində siqaret, tütün və içki məhsullarının reklamı üçün nəzərdə tutulubmuş. Üçüncü mövsümə qədər “Vinston” markalı siqaretin reklamı hər seriyada nümayiş etdirilib. Müəyyən təzyiqlərdən sonra xeyli izləyici toplayan cizgi filminin ssenariçiləri reklamları azaltmağa məcbur olublar. (Moderator.az)

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın