Şənbə , İyun 6 2020
Ana səhifə / Şou Biznes / Brilliant Dadaşova: “Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” – VİDEO

Brilliant Dadaşova: “Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” – VİDEO

“Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Dostlarım da videoya çəkdi. “Tet-a-tet” adlı mahnımın klip çəkilişində fasilə idi, onda çəkilmişdi”. 

Qafqazinfo xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Show News” proqramına açıqlamasında bildirib.

Məşhur müğənni bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüləri barədə danışıb:

“Tənqid edənlərə baxsanız, hər şey aydın olar. Onları “qara siyahı”ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə vaxt itirmərəm. Bunlar vaxt itirib rəy yazırlarsa, deməli, narahatdırlar.

Özünə əziyyət verib yazır, şər, böhtan atır, təhqir edir, demək ki, qıcıqlanır, narahatdır. Onu “blok” etmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim, tapdılar. Həmin uşaq bir Xalq artistinin qızının dostu çıxdı. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, söhbəti böyütmədim”.

Həmçinin oxuyun

Mərhum Xalq artistinin müğənni qızı: “Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz” VİDEO

“Atamla dost idim. Əvvəllər onunla danışmağa risk etmirdim. Yaşımın üstünə yaş gəldikcə özü aranı açmağa …