Cümə axşamı , May 26 2022
Ana səhifə / Şou Biznes / Brilliant Dadaşova Jirnovskidən danışdı: “Üzünə tüpürəcəkdim…”

Brilliant Dadaşova Jirnovskidən danışdı: “Üzünə tüpürəcəkdim…”

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.

Belə ki, Xalq artisti Brilliant Dadaşova da məsələyə özünəməxsus şəkildə münasibət bildirib.

Sosial şəbəkə hesabında bu haqda yazan sənətçi bu sözləri qeyd edib:

“Bu gün biri ölüb, mən kiminsə ölümünə sevinənlərə təəccüb edirəm. Əsla, sevinmirəm. Sadəcə onun şeytanın qardaşı olduğunu bilirəm. Bir şeyə heyfsilənirəm. Onu həyatda görüb, iki kəlmə deyəcəkdim. Üzünə tüpürəcəkdim, gecikdim. Bax buna üzülürəm”.

Qeyd edək ki, Xalq artisti sonradan konkret ünvan göstərib və hədəfininVladimir Jirinovski olduğunu bildiirb.

Həmçinin oxuyun

Dünənə kimi bir-birinə “itin sözü”nü deyirdilər…

Əməkdar artist Mətanət İsgəndərli çoxdan küsülü olduğu gəlini Canana ilə barışıb. Deyilənə görə, Mətanət xanım …