Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / “Bozbaş pictures”in 300 min manatlıq “Bombaltısı” təqdim olundu – VİDEO

“Bozbaş pictures”in 300 min manatlıq “Bombaltısı” təqdim olundu – VİDEO

Ötən gün “Nizami” kinoteatrında “Bozbaş pictures”in “İLK Media” və “Cinemazadeh”lə ərsəyə gətirdiyi “Bombaltı” filminin gala gecəsi baş tutub.

Komediya-macəra və döyüş janrında lentə alınan ekran işinin quruluşçu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur.

90 dəqiqəlik ekran işinin ssenarisi Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynova məxsusdur.

İlkin Həsəni ekran işinin indiyə kimi çəkdikləri filmlər arasında ən bahalısı olduğunu dilə gətirib. 

“Maliyyə, nə maliyyə. Gecəyə geyindiyimiz kostyumları belə kirayəyə götürmüşük. Olanımız, qalanımız, bütün pulumuz filmə xərcləndi. Filmin təxmini büdcəsinə gəldikdə isə, 300 min manatdan çox pul xərclənib. Rekordumuzu yeniləməsələr, “Bombaltı” 2019-cu ilin ən bahalı filmidir.

Ekran işinin nümayişindən öncə baş rolları ifa edən aktyorlar və onların məşhur qonaqları media nümayəndələrinin suallarını cavablandırıblar. Premyerada yaşanan ən maraqlı görüntülər isə Oxu.Az-ın kamerasının obyektivinə tuş gəlib. 

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …