Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Bozbaş Pictures” komandası aktyoru təhqir edib? – Açıqlama

“Bozbaş Pictures” komandası aktyoru təhqir edib? – Açıqlama

“Bozbaş Pictures” serialındı yayımlanan bəzi səhnələr tənqidlərə səbəb olub.

Belə ki, serialın son bölümlərində aktyor Amil Verdiyev rol alır. 120 sm boyu olan aktyor ekran işində Şəminin (İlkin Həsəni) mühafizəçisi obrazını canlandırır. Serial boyunca onun boyu ilə bağlı zarafatlar da edilir. Bu isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar aktyorun alçaldıldığını , lağa qoyulduğunu iddia ediblər.

BALACABOY.jpg (102 KB)

Musavat.com məsələ ilə bağlı İlkin Həsəni ilə əlaqə saxlayıb. O bildirib ki, sözügedən iddialar əsassızdır: “Bir-iki dəfə mənə də yaxınlaşıb irad bildiriblər. Onlara bildirmişəm ki, həmin insanın boyu hündür olsaydı, heç vaxt diqqətimizi çəkməzdi. Komandamızda yer almazdı. O çəkilişdən əvvəl ssenarini oxuyur, obrazı barədə məlumatlanır. Bəzən özünə uyğun olmayan səhnələri deyir, biz onları çıxarırıq. Amil komandamızda sevilən şəxsdir. Ona qarşı hörmətsizlik ola bilməz. Biz kimisə lağa qoyub, incitməmişik. Bu bizə yaraşan hərəkət deyil. Əsla, o cür addımlar atmarıq. Bir sözlər haqqımızda səsləndirilən iradlar əsassızdır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …