Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Böyük Vətən Müharibəsində itkin düşmüş azərbaycanlının cəsədi 73 il sonra tapıldı

Böyük Vətən Müharibəsində itkin düşmüş azərbaycanlının cəsədi 73 il sonra tapıldı

Böyük Vətən Müharibəsində itkin düşən salyanlının cəsədi 73 ildən sonra aşkar edilib.

“Report” xəbər verir ki, Salyan rayonunun Xələc kəndində yaşayan Əliyevlər ailəsi uzun illər müharibədə itkin düşmüş İbrahim Fərzalı oğlu Əliyevin sorağında olub və bununla bağlı bir çox yerlərə müraciət etsələr də onun sağ və ya ölü olmasından xəbər tuta bilməyiblər. Ailə üzvləri uzun illər onun yolunu gözləyiblər.

Bir neçə gün əvvəl Bakı şəhər sakini Qasım Əliyev mətbuatda Böyük Vətən müharibəsində alman faşistləri tərəfindən qətlə yetirilmiş sovet əsgərlərinə məxsus Krımın Armyansk şəhəri ətrafında kütləvi məzarlıq aşkar edildiyini, cəsəddlərdən birinin Salyan rayonundan olduğunu və ailəsinin axtarıldığını oxuyub.

Məzarlıqda oan 500-dən 1000 nəfərədək insan cəsədindən yalnız 22-nin boynundan asılmış patronun içərisindəki ad və soyadları yazılmış kağızdan tanımaq mümkün olub.

Bunlardan 3 nəfəri azərbaycanlı, o cümlədən İbrahim Fərzalı oğlu Əliyevin olduğu məlum olur.

O, Əliyevlər ailəsinin məlumatı olsun deyə, bu barədə Şirvan və Salyan Rayon İcra hakimiyyətlərinə rəsmi müraciət edib.

Əliyevlər ailəsi məlumatı dəqiqləşdirmək üçün Krımda axtarışa rəhbərlik edən İqor Vladimiroviç Rıjkovla əlaqə saxlayıb və o, bunu təsdiqləyib.

Qəhrəmanın nəvəsi Osman Əliyev bildirib ki, 1912-ci ildə Əli Bayramlının Xələc kəndində (1963-cü ilə kimi Xələc kəndi Əli Bayramlı şəhərinin tərkibində olub) doğulan babası müharibəyə kimi kolxozda mühasibatlıqda çalışıb. 1941-ci ilin iyununda cəbhəyə yola düşüb və 43-cü ilin əvəlində qıçından yaralanıb. Evə buraxılan İbrahim Əliyev bir müddət müalicə alıb sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb. 1944-cü ilin aprelində isə itkin düşməsi ilə bağlı ailəsinə məlumat verilib.

Bu ilin iyununda isə İbrahim Əliyevin nəşi Krımda yeni yaradılacaq qardaşlıq məzarına köçürüləcək. Ailə üzvlərinin də Krıma dəvət olunacağı gözlənilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın