Bakıda görənləri şoka salacaq elan yayılıb.
Bu gün səhər saatlarında hafta.az-ın əməkdaşı şəhərin mərkəzi küçələrinin birində, “Böyrəyimi satıram” yazılmış elana rast gəlib. Həmin elanda orqanını satan şəxsin mobil nömrəsi (051 620-48-84 ) də qeyd olunub. Əməkdaşımız həmin nömrəyə zəng vuraraq, elanda yazılanlarla bağlı maraqlanıb. Məlum olub ki, həmin şəxs 3-cü qan qrup daşıyıcısıdır. Onun 32 yaş var və tam sağlamdır. 2 övladı var: “Həyat yoldaşım xəstədir. Mənim külli miqdarda borcum var. Məhz buna görə böyrəyini çox ucuz qiymətə satıram. Borc etdiyim adamlar məni çox sıxdığına görə, bu addımı atmaq məcburiyyətindəyəm”.