Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Boşanmaq üçün birinci mən müraciət etdim – VİDEO

Boşanmaq üçün birinci mən müraciət etdim – VİDEO

Əməkdar artist Röya Ayxan “Show News” verilişinə açıqlamalar verib.

Bir neçə gündür tizeri yayımlanan, musiqisi Pərviz Mahmudova məxsus olan “Problemdir sevgimiz” klipindən danışan sənətçi bildirib ki, mahnı dörd il öncə yazılıb:

“Sevgi hamı üçün problemdir, amma mənim üçün yox. Əvvəl sevmək daha gözəl idi. Bəlkə də, indi qocalmışam. İndi fikirləşirsən ki, oğlan gedib başqa yerdə nələrsə danışar. Sonra görürsən ki, heç kim qalmayıb”.

O, eks-əri Anar Cəlilovla boşanma prosesində məhkəməyə müraciət edənin ilk özü olduğunu etiraf edib:

“İnsan həyatında olan insandan ayrılır və düşünür ki, dedi-qodulara son qoymaq üçün çıxıb nə açıqlama versin. Görəsən, oğlanın sevgilisi var idi, ayrıldı? Yoxsa qız nəsə etmişdi? Bu, böyük bir problemdir. Həyat yoldaşımla ayrıldığımız dövrdə belə fikirləşdik ki, boşanmaq üçün birinci mən müraciət edim. Kişi müraciət etsə, daha çox söz-söhbət ortaya çıxacaq. Görün, necə yaşayırıq, insanlar sakit boşana da bilmir. Yəni, mahnı mənim üçün çox təsirlidir”.

Oxu.az

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …