Cümə , Aprel 12 2024
Ana səhifə / Şou Biznes / Boşanma xəbəri yayılan Elçindən AÇIQLAMA

Boşanma xəbəri yayılan Elçindən AÇIQLAMA

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızının boşandığı ilə bağlı xəbərlər yayılıb. Məlumatlara görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı “Şipşirin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edildiyi bildirilib. Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikahın ləğv edildiyi iddia olunur. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Elçin Cəfərovla əlaqə saxlayıb. 

Sənətçi “Bu, yanlış informasiyadır. Biz boşanmamışıq. Yayılan xəbərlərlə bağlı araşdırma aparacağam. Hazırda bu işlə məşğulam” , – deyə fikrini bildirib. 

Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan Can adlı bir oğlu var.

Həmçinin oxuyun

“Cehiz ürəyimə yatmadı, hamısını yandırdım” – Video

Əməkdar artist Elnarə Abdullayeva cehizini yandırıbmış. Sənətçi bunu “7 tamam” verilişində bildirib.   “Öz ailəmizə görə yüksək …