Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Borclular azərbaycanlı oliqarxı didir

Borclular azərbaycanlı oliqarxı didir

Moskvanın 10-cu Arbitraj məhkəməsi azərbaycanlı oliqarx Telman İsmayılovun müflis elan edilməsinə dair bundan əvvəl çıxarılmış məhkəmə qərarını ləğv edib.

Virtualaz.org xəbər verir ki, bu qərar “Bank Moskva”nın şikayəti əsasında çıxarılıb.

Məhkəmə T.İsmayılovu 2015-ci ilin dekabrında vətəndaş Boris Zubkovun iddiası əsasında müflis elan etmişdi. T.İsmayılov ona 15 milyon rubl borcludur.

Lakin “Bank Moskva” T.İsmayılovdan ona borclu olduğu 213 milyon dolları biznesmenin əmlakını satmaq yolu ilə geri ala bilmək üçün həmin qərardan şikayət verib. “Kommersant” qəzeti yazır ki, bank özü T.İsmayılovu müflis elan etdirmək istəyir. Belə olsa bank T.İsmayılovun müflisləşmə proseduruna da nəzarət edə biləcək.

T.İsmayılov özü də boş dayanmır. Cəmi 1 milyard dollara yaxın borcu olan qalmaqallı iş adamı ötən ilin noyabrında müflis elan edilməsi üçün özü məhkəməyə ərizə vermişdi. Bu ərizəyə baxılması bəzi sənədlərin qaydasında olmaması səbəbindən gecikib. Nəhayət məhkəmə sabah martın 21-də T.İsmayılovun ərizəsi üzrə ilk baxış keçirəcək.

Rusiyada müflisləşmə haqda yeni qanuna görə 500 min rubldan çox borcu olan və ödəməni 90 gündən artıq gecikdirən fiziki şəxs müflis hesab edilir. T.İsmayılovun müflisləşməsi prosesi isə 2009-cu ildən, Putinin onun bazarını bağlatmasından sonra başlamışdı…

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın