Ana səhifə / Şou Biznes / Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək.

Əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir.

Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.

Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb(azərtac).

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …