Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / Bolqar prezident Bakıda girov saxlanıb – Cahangir Hacıyevə görə

Bolqar prezident Bakıda girov saxlanıb – Cahangir Hacıyevə görə

“İnter”in keçmiş prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib vətəninə qayıda bilmir.
Virtualaz.org xəbər verir ki, bunun səbəbi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bankın milyardlarla manat vəsaitinin batmasına, talanmasına səbəb olan maxinasiyalarıdı. Nikolov ötən il dekabrın 5-də klubu tərk edib. Bolqar məşqçi 2006-cı ildən bu klubun prezidenti idi, klubun sponsoru isə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev olub.
Nikolovun ölkədən çıxışına DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qadağa qoyub. Belə görünür ki, onun adı Beynəlxalq Bankın işində keçir. Lakin bolqar məşqçiyə qarşı rəsmi ittihamın irəli sürüldüyü haqda məlumat yoxdu.
Yanvar ayında “İnter” klubunun yeni rəhbərliyi fəaliyyətə başlayıb, bu zaman Beynəlxalq Bank və klub Nikolova qarşı hansısa maliyyə iddialarının olmadığını bildiriblər. Bu barədə müvafiq sənəd DİN-ə göndərilib. Ancaq DİN bolqar iş adamının ölkədən çıxışına qoyulan qadağanı götürmür.
“İnter”in keçmiş prezidenti Bolqarıstan hakimiyyətinə müraciət edib. Ona Bolqarıstanın Ədliyyə Nazirliyindən iki cavab məktubu göndərilib, bu məktublarda Nikolovun işi ilə bağlı Azərbaycan hakimiyyətinə sorğu göndərildiyi bildirilir. Bolqarıstan prezidenti Rosen Plevnelievin administrasiyasından isə bildiriblər ki, iş adamının məsələsi XİN-ə həvalə olunub.
Plevneliyev bu günlərdə Bakıda səfərdə olub və prezident İlham Əliyevlə görüşüb. “İnter”in keçmiş prezidenti ümid edir ki, görüşdə onun məsələsinə də toxunublar. “Mən bilmirəm ki, nə edim. Bakıda pulsuz-parasız qalmışam, dostlarımdan pul xahiş etməyə məcburam. Beynəlxalq Bank yazılı şəkildə bildirib ki, mənə qarşı heç bir iddiaları yoxdu. Bolqarıstan parlamentinin deputatları Azərbaycan Milli Məclisinə müraciət edərək mənim məsələmə kömək etməyi xahiş ediblər. Ancaq nəticəsi yoxdu, deyirlər ki, mənim ölkədən çıxmağıma ancaq DİN icazə verməlidi” – iş adamı bildirib.
Virtualaz.org dəqiqləşdirib ki, Nikolovun Cahangir Hacıyevlə sıx münasibətləri olub. Ehtimal ki, Hacıyev onun vasitəsilə bankın pullarını müxtəlif layihələrə yönəldib və mənimsəyib. Hüquq-mühafizə orqanları isə bu mənimsəmədə bolqar iş adamının rolunu araşdırmağa çalışırlar.

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …

Bir cavab yazın